Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.
Msport.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanı Çempionlar Liqasının liqa mərhələsində təmsil edən “Kayrat”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qazaxıstan Premyer Liqasının son çempionu olan “Kayrat” cari mövsüm tarixində ilk dəfə mübarizə apardığı ÇL-də 1 xalla sonuncu – 36-cı yeri tutur.
“Neftçi”nin toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.