AZ

“Bir olaq, həmrəy olaq!” Braziliya mətbuatında

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətiləənənəvi olaraq təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlıvideokonfrans Braziliya mətbuatında geniş işıqlandırılıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Brasilia İnfoco” xəbərsaytının jurnalisti Fabiana Ceyhanın onlayn görüşlə bağlı qələməaldığı məqalə yerli media orqanlarında dərc olunub.

Bildirilib ki, məqalədə komitənin və Azərbaycan diasporunun2025-ci il ərzində gördüyü işlər yüksək qiymətləndirilib.

Komitənin fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumatverildiyi və qəbul edilən qərarların aydın mexanizmlər əsasındahəyata keçirildiyi xüsusi olaraq vurğulanıb.

Qeyd edilib ki, bu yanaşma diaspor təşkilatları arasındaqarşılıqlı etimadı gücləndirir və daha səmərəli əməkdaşlığınqurulmasına şərait yaradır.

Həmçinin videokonfrans formatında keçirilən görüş coğrafiməhdudiyyətlərin aradan qaldırılmasına imkan verən, eyni zamandadiaspor fəaliyyətində rəqəmsal modernləşməni təşviq edən mühümhadisə kimi dəyərləndirilib.

Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

Seçilən
23
3
az.trend.az

4Mənbələr