Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib. İddialara görə, riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb.
Hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsindən "Yeni Sabah"a verilən məlumata görə, məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib:
28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib. Məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir.
Məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".
Əsmətxanım Rzazadə
Telegram kanalımız