AZ

“Sumqayıt” Antalyada ilk oyuna çıxır

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv Macarıstanın “Pakş” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

“Pakş” hazırda Macarıstan çempionatında 3-cü yeri tutur.

Qeyd edək ki, “gənclik şəhəri” təmsilçisi Türkiyədə daha 2 yoxlama oyunu keçirəcək.  Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.

Seçilən
54
msport.az

1Mənbələr