FİFA 2026-cı il futbol üzrə dünya çempionatı zamanı "TikTok" platforması ilə əməkdaşlığa başladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
“Bu, bütün dünyadan daha çox azarkeşi FİFA dünya çempionatı ilə görünməmiş şəkildə birləşdirəcək innovativ və yaradıcı əməkdaşlıqdır. Pərdəarxasını açaraq insanları hadisələrə indiyə qədər olmadığı qədər yaxınlaşdıracaq”, – deyə qurumun baş katibi Mattias Qrafström bildirib.
Bu tərəfdaşlıq çərçivəsində qarşıdakı dünya çempionatının oyunlarından seçilmiş video fraqmentlər "TikTok" tətbiqində canlı yayımlanacaq. Təşəbbüsün məqsədi azarkeşləri meydanda baş verənlərə daha da yaxınlaşdırmaq və futbola daha anlaşılan baxış bucaqları təqdim etməkdir.
Canlı oyun anlarından əlavə, FİFA seçilmiş kontent yaradıcılarına mətbuat konfranslarına və komandaların məşqlərinə eksklüziv giriş imkanı verəcək. Tətbiqin qlobal kontent rəhbərinin sözlərinə görə, istifadəçilər tətbiqdə idman məzmununa baxdıqdan sonra tam oyun yayımlarını 42 faiz daha çox izləməyə başlayırlar.