AZ

İranla bağlı bütün tərəflərin razılığa gəldiyi vahid mövqe yoxdur



İranda bir müddətdir davam edən etiraz aksiyalarını rejim xarici amillərlə əlaqələndirməyə çalışır və iddia edir ki, aksiyalarda Qərbin əli var. Ədalət Partiyasının sədri Mütəllim Rəhimov isə bu qənaətdə deyil.

Newscenter.az-a verdiyi açıqlamada o deyib ki, Qərb dövlətləri İranda insan haqlarının pozulmasını tənqid etsə də, birbaşa rejim dəyişikliyinə yönəlmiş fəal müdaxilə etmirlər:

“ABŞ rəsmiləri yalnız Xameneinin dəyişdirilməsi haqqında danışırlar. Görünür, İranla bağlı bütün tərəflərin razılığa gəldiyi vahid mövqe yoxdur. Buna görə də regionda qeyri-sabitliyin artması, nüvə proqramı ilə bağlı risklər və prosesin nəzarətdən çıxmasının Yaxın Şərq üçün daha ağır nəticələr doğura biləcəyi ehtimalı ehtiyatlı mövqe nümayiş etdirilməsinə səbəb olur. Rusiya və Çin isə mövcud rejimin qorunmasında maraqlıdır və Tehranla strateji əməkdaşlığı davam etdirir”.

Mütəllim Rəhimovun sözlərinə görə, bütün bunları nəzərə aldıqda demək olar ki, mövcud aksiyalar qısa və orta müddətdə birbaşa rejim dəyişikliyinə gətirib çıxarma ehtimalı azdır:

“Lakin bu, etirazların əhəmiyyətsiz olduğu anlamına gəlmir. Bu proses hakimiyyəti müəyyən sosial və taktiki güzəştlərə məcbur edə bilər”.

Süleyman
Seçilən
39
1
newscenter.az

2Mənbələr