Bakı. Trend:
Bu qış Bakının ürəyi Fəvvarələr Meydanında döyündü. 25 noyabrdanetibarən minlərlə insan bir araya gəldi, soyuq havada isti ürəklərbirləşdi.
“Coca-Cola”nın dəstəyi ilə təşkil olunan “Soyuq Əllər, İstiÜrək” xeyriyyə yarmarkası yalnız bir məkan deyil – o, xatirələrin,gülüşlərin və ümidlərin ünvanıdır.
Bu il də yarmarkada Coca‑Cola”nın dəstəyi ilə bayramın simvoluolan möhtəşəm Yeni İl Şam Ağacı və Şaxta Baba Evi quruldu. Yeniİlin bu əsas elementləri ziyarətçilərin bayram əhvalını daha dagücləndirdi, çünki “Coca‑Cola” üçün bayram birlik, sevgi vəpaylaşmaqdır.
Yarmarka isə ilk dəfə sirk tematikası ilə təqdim olundu –musiqi, rəngarəng dekorlar və əyləncə hər kəsi bayram möcüzəsinəbürüdü. Yarmarkada 60 böyük və 20 kiçik dekorativ ev, üç ikimərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan”labirinti, müxtəlif tematik fotozonalar, iki foto köşk (photobooth) və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeniməkanlar qonaqlara unikal qış təcrübəsi yaşatdı.
2013-cü ildən etibarən “Nargis” Fondunun təşkilatçılığı iləkeçirilən yarmarkada sponsorların dəstəyi və dekorativ evlərinkirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyətçəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasınayönəldilib.
Qeyd edək ki, 1920-ci ildə “Coca‑Cola” ilk dəfə olaraq Yeni İlbayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzunillərdir Yeni İl “Coca-Cola” üçün xüsusi önəm daşıyır. Şirkətfəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sırakampaniyalar və layihələr həyata keçirir. “Coca-Cola” Azərbaycandada hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalargerçəkləşdirir.
Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycandafəaliyyətinin 30 illiyini qeyd edib. Şirkət ölkədəki fəaliyyətinə1994-cü ildə “Coca-Cola İçecek” şirkətinin tərkibində yaradılan“Azerbaijan Coca-Cola Bottlers” ilə başlayıb və bu gün “Coca-Cola”,“Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhursərinləşdirici içki markalarının istehsalı və satışı iləməşğuldur.