ABŞ prezidenti Donald Tramp Nigeriyaya xəbərdarlıq edib...
Poliqon xəbər verir ki, dövlət başçısı bu barədə The New York Times qəzetinə verdiyi müsahibədə açıqlama verib.
Siyasətçi ötən ilki zərbənin birdəfəlik olmasını üstün tutacağını bildirib. Lakin xristian qırğınları davam edərsə, birdən çox zərbə olacaq.
Nigeriya hakimiyyətinin Nigeriyada müxtəlif səbəblərdən həm xristianları, həm də müsəlmanları hədəf alan bir çox silahlı qruplaşmanın olduğu iddiasına cavab olaraq Tramp sonuncuların daha çox olduğunu bildirib.
26 dekabr 2025-ci ildə ABŞ Nigeriyada İŞİD-in mövqelərinə zərbə endirib. Bundan sonra Tramp Milad gecəsi şimal-qərbi Afrika ölkəsində terrorçu mövqelərinə edilən hava hücumunun onlar üçün "hədiyyə" olduğunu bildirib.
Poliqon.info