AZ

Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir

 Britaniya hakimiyyəti süni intellekt vasitəsilə qadın və uşaqların şəkillərinin yaradılması ilə bağlı qalmaqal fonunda Elon Musk-a məxsus X sosial şəbəkəsini bağlamağı nəzərdən keçirir. Bu barədə Baş nazir Keir Starmerin ofisi məlumat yayıb.

Starmer media tənzimləyicisi Ofcom-dan “bütün variantları nəzərdən keçirməsini” xahiş edib.

Qalmaqal Grok çatbotu vasitəsilə deepfake-lərin yaradılması ilə bağlıdır.

Uels şahzadəsi, hökumət nazirləri, parlament üzvləri və məşhurlar da hədəfdə olub.

Britaniya internet nəzarəti orqanı darknet-də uşaqlara qarşı cinsi istismar səhnələrini ehtiva edən materiallar tapıldığını bildirib.

Aytac 

Seçilən
5
anews.az

1Mənbələr