ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ABŞ Ukraynanın gələcəyində dəstəkləyici rol oynayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlanacağı təqdirdə Vaşinqton ikinci dərəcəli rola keçəcək.
“Biz ancaq ölkə ərazisinə hücum ediləcəyi təqdirdə hərbi dəstək verəcəyik. ABŞ gələcəkdə Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə hazırdır. Amma mən Moskvanın yenidən Kiyevə müdaxilə etməyəcəyinə əminəm”, – Ağ Ev rəhbəri qeyd edib.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəni həll etmək istəyinə inandığını əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.