“Liverpul” – “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxır
İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” (İngiltərə) – “Qarabağ” matçını “Anfield”də izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 12:00-dan etibarən satışda olacaq.
🎟️ Biletlərin qiyməti: 115 AZN.
Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
Azarkeşlərimiz üçün “Anfield”də 1250 yer ayrılıb.
Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası (148.5 x 210 mm) ilə girişə icazə verilir.
Xahiş və tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əmin olun — biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da başlayacaq.