AZ

İraq LUKOIL-in yataq idarəsini dövlət şirkətinə verdi

İraq Nazirlər Şurası dünyanın ən böyük neft yataqlarından biri olan və LUKOIL tərəfindən idarə olunan Qərbi Qurna-2-nin idarə hüququnu dövlətə məxsus Basra Oil Company-yə verib.

Doğru.az xəbər verir ki, İraqın İNA xəbər agentliyinə istinadla yayılan açıqlamada bildirilir: “Nazirlər Kabineti Qərbi Qurna-2 yatağında neft hasilatı əməliyyatlarının idarə olunmasının Bəsrə Neft Şirkətinə verilməsini təsdiqləyib.”

Qeyd olunur ki, Qərbi Qurna-2 İraqın cənubunda yerləşir və ilkin ehtiyatlarının təxminən 14 milyard barel olduğu hesablanır. Dekabr ayında isə İraq Neft Nazirliyi Amerika neft şirkətlərini yatağın işlənməsi üçün dəvət etmişdi.

DOĞRU.AZ

Seçilən
17
1
dogru.az

2Mənbələr