“The Daily Telegraph” qəzetinin Baş nazir Keyr Starmerin ofisindəki mənbələrə istinadən verdiyi məlumata görə, Britaniya hakimiyyəti istifadəçilərin Grok çatbotunda yaratdığı şəkillərlə bağlı qalmaqala görə X sosial şəbəkəsini bağlamağı düşünür.
Vətəninfo.az xəbər verir ki, qəzet Starmerin sözlərinə istinadən bildirib ki, daha əvvəl Starmer media tənzimləyicisi Ofcom-dan Elon Maska məxsus sosial şəbəkəyə qarşı “bütün variantları nəzərdən keçirməsini” xahiş etmişdi. “Bu, qanunsuzdur. Biz buna dözməyəcəyik. Mən bütün mümkün variantların nəzərdən keçirilməsini tələb etmişəm”.
Xəbərdarlıq X istifadəçiləri tərəfindən süni intellektdən istifadə edərək yaradılan qadın və uşaqların şəkilləri fonunda verilib. Sualı formalaşdıran neyron şəbəkəsindən fotodakı qızı soyundurmalarını istəyirlər.