AZ

Kim Çen In Putinə əbədi dəstək vədi verib

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinin Yeni il təbriklərinə cavab olaraq Rusiya liderinə məktub göndərərək onun siyasətini əbədi dəstəkləyəcəyinə söz verib...

Poliqon xəbər verir ki, bu barədə Şimali Koreya xəbər agentliyi KCNA məlumat yayıb.

"Mən sizin həyata keçirdiyiniz bütün siyasət və qərarlara tam hörmətlə yanaşacağam və qeyd-şərtsiz dəstəkləyəcəyəm və sizin və Rusiyanız üçün həmişə sizinlə olmağa hazıram. Bu seçim dəyişməzdir və əbədi olaraq qalacaq", deyə Kim yazıb.

Şimali Koreya lideri həmçinin rusiyalı həmkarına əməkdaşlığı davam etdirəcəyinə və dərinləşdirəcəyinə söz verib.

Məktubda deyilir: "Sıx əməkdaşlığımız Şimali Koreya və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın ruhuna, iki ölkənin strateji maraqlarına, iki xalqın arzu və istəklərinə uyğun olaraq müxtəlif sahələrdə inkişaf etməyə davam edəcək".

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr