AZ

Azərbaycanlı müğənni: “Avropanın paytaxtı Belçikadır” - VİDEO

Müğənni Kəmalə Nəsibovanın “Rəngarəng” verilişindəki açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

“Yeni Sabah” xəbər verir ki, o, studiyada aparıcı Zaur Nəbioğlu ilə dialoq zamanı Avropanın paytaxtının Belçika olduğunu söyləyib:

 “Avropanın paytaxtı Belçikadır. Oğlum Brüssel şəhərində oxuyur. Doğurdan belədir, mənim oğlum orada təhsil alır. Amerika isə başqa ştatdır. Amerika birləşmiş dövlətləri...”.

Sosial şəbəkə istifadəçiləri müğənninin bu açıqlamasını tənqid və ələ salmaqla paylaşıblar. 

Qeyd edək ki, Kəmalə Nəsibovanın fikri tamamilə səhv deyil. Belə ki, NATO, Avropa İttifaqı kimi qurumların mənzil qərərgahları Brüsseldə yerləşir. Sadəcə müğənni efirdə fikrini əsaslandıraraq izah edə bilməyib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr