Tanınmış siyasətçiyə HÜCUM
Ajans.az xəbər verir ki,bu barədə Times Now News məlumat yayıb. Aurora Lopez mətbuat nümayəndələrinə açıqlama verərkən naməlum şəxs tərəfindən ona doğru partlayıcı qurğu atılıb. Qurğu konqres üzvünün başının arxa hissəsinə yaxın ərazidə partlayıb. Nəticədə Lopez kürək, boyun və qulaq nahiyələrindən ağır xəsarətlər alıb. Honduras Konqresinin sədri Luis Redondo baş verən hücumu kəskin şəkildə pisləyib və hadisə ilə bağlı istintaqın başladıldığını açıqlayıb. Hücumun təşkilatçıları və motivləri hələlik açıqlanmayıb.