Rus hərbi jurnalistin məlumatına görə, Rusiyanın ballistik raketi ilə yeraltı obyektə zərbə endirilib...
Poliqon xəbər verir ki, bu barədə hərbi jurnalist Aleksandr Kots özünün Telegram-kanalında yazıb. jurnalist iddia edib ki, Rusiyanın “Oreşnik” ballistik raketi Lvov vilayətindəki yeraltı qaz anbarını hədəf alıb. Kotsun sözlərinə görə, raketin hədəfi Bılçe-Volıtsko-Ugersk yeraltı qaz anbarı olub və bunun təsdiqi Lvovdan yayılan görüntülərdə əks olunub.
Hərbi müxbirin məlumatına görə, raketin sürəti saatda 13 min kilometrdir. Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, “Oreşnik”in döyüş başlıqların partlayışıtəxminən 6 min °C temperatur yaradır.
Rusiya Müdafiə Nazirliyi də Ukraynaya “Oreşnik” zərbəsinin endirildiyini təsdiqləyib. Nazirlik bildirib ki, əməliyyat Putinin Novqorod vilayətindəki rezidensiyasına qarşı Kiyevin cəhd etdiyi hücuma cavab olaraq 29 dekabr 2025-ci il gecəsi həyata keçirilib.
Poliqon.info