AZ

İrandan nüvə proqramı haqda vacib açıqlama

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“İran hakimiyyəti heç vaxt ABŞ-la həqiqi və ciddi danışıqlardan çəkinməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

“Bunlar həm İran, həm də ABŞ üçün maraq doğuran məsələlər üzrə ədalətli və balanslaşdırılmış razılaşmaya nail olmaq məqsədi daşıyan danışıqlardır”, – deyə səfir İranın nüvə proqramı ilə bağlı sualı cavablayarkən bildirib.

Qeyd edək ki, 2025-ci il noyabrın 16-da İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın artıq İranın nüvə proqramı ilə bağlı məsələləri Aİ 3-ü ( Fransa , Almaniya və Birləşmiş Krallıq ) ilə müzakirə etmək niyyətində olmadığını açıqlamışdı.

O, bu qərarın ölkələrin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa edəcək geri çəkilmə mexanizmini işə salmağa cəhd etməsindən sonra verildiyini demişdi.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
globalinfo.az

1Mənbələr