Metbuat.az xəbər verir ki, bu iddia ilə “Sarıyer” komandasının oyunçusu Ömər Bayram çıxış edib.Vircil Van Deyklə uşaqlıq dostu olduğunu xatırladan yarımmüdafiəçi dünya ulduzunun Türkiyədə top qova biləcəyini istisna etməyib: “Biz uşaqlıq dostuyuq. Onu yaxşı tanıyıram. Vircil bir ulduz olsa da, əlaqələrimiz bu gün də davam edir”. Ömər Bayram “Qalatasaray”ın ötən il doğma meydanda İngiltərə klubunu məğlub etdiyi matçdan danışıb. Onun sözlərinə görə, həmin oyun Vircil Van Deykin hafizəsində müsbət iz buraxıb: “Onun transferi reallaşa bilər. Mən buna çox sevinəcəyəm”.
Qeyd edək ki, 34 yaşlı müdafiəçi 2018-ci ildən “Liverpul”da çıxış edir. Niderlandlı müdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatır.