Bakı. Trend:
Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanın Qərbi Trakiyabölgəsində türklərin kompakt yaşadığı Karacaoğlan kəndindəkiibtidai məktəbə naməlum şəxslər tərəfindən edilən hücuma münasibətbildirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli türk etnikazlığına məxsus ibtidai məktəbin vandalizmə məruz qalmasınışiddətli şəkildə pisləyib.
“Hücumu törədən şəxslərin kimliyindən asılı olmayaraq,Yunanıstan hakimiyyət orqanlarından hadisənin tam şəkildəaraşdırılmasını, təqsirkarların təxirəsalınmadan müəyyən edilərəkməsuliyyətə cəlb olunmasını və zəruri tədbirlərin görülməsinigözləyirik”,- deyə sözçü bildirib.
Etnik türklərə aid məktəb 2022-ci ildə yerli hökumət tərəfindənbağlanıb. Yerli sakinlər belə hücumların sistematik xarakterdaşıdığını bildirir.
Bağlanmış məktəbin hücuma məruz qalması yanvarın 4-dəaşkarlanıb. Yunanıstan polisi faktla bağlı cinayət işi açıb.