AZ

Ukrayna öz vətəndaşlarını  İranı tərk etməyə çağırdı 

Ukrayna Xarici İşlər Nazirliyi təhlükəsizliklə bağlı artan narahatlıqlar səbəbindən öz vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, Ukrayna XİN-nin “Telegram” kanalı məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, ölkədən çıxış Tehrandakı “Xomeyni” Beynəlxalq Hava Limanı, eləcə də Ermənistan və Türkiyə ilə sərhəd-keçid məntəqələri vasitəsilə mümkündür.

Xatırladaq ki, dünən ABŞ, Britaniya, Kanada, Hindistan və Avstraliya da öz vətəndaşlarına İrana səyahət etməməklə bağlı rəsmi xəbərdarlıq yayıb.

Seçilən
19
veteninfo.az

1Mənbələr