Rusiya hərbçiləri “Oreşnik” raket kompleksi ilə Ukraynaya zərbə endirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, zərbə Ukraynanın 2025-ci il dekabrın 29-da Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücumuna cavab olaraq endirilib.
Kiyevin meri Vitaliy Kliçko isə hücum nəticəsində paytaxt Kiyevdə 4 nəfərin həlak olduğunu, daha 24 nəfərin isə yaralandığını açıqlayıb.
Bununla yanaşı, Xerson və Zaporojye vilayətlərində 3 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Vladimir Putinin Novqoroddakı iqamətgahına 91 PUA-dan istifadə edərək hücum etdiyini açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu məlumatı yalan adlandırıb və Rusiyanın Kiyevdə hökumət binalarına hücumlar üçün zəmin hazırladığını söyləmişdi.
"Cebheinfo.az"