"Fənərbağça" "Latsio"nun yarımmüdafiəçisi Matteo Genduzinin transferini başa çatdırıb.
Fanat.Az xəbər verir ki, Türkiyə klubu 26 yaşlı fransız futbolçu ilə 4,5 illik müqavilə imzaladığını rəsmən açıqlayıb.
O, yeni klubunda 6 nömrəli formada çıxış edəcək.
Türkiyə mətbuatı keçidin istanbullulara bonuslar da daxil olmaqla, təxminən 29 milyon avroya başa gəldiyini iddia edib.
Genduzi cari İtaliya çempionatında 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.