2026-cı il yanvarın 1-dən etibarən tütündən hazırlanan siqaretlərə tətbiq olunan aksiz vergisi artırılır. Qərara əsasən, yerli istehsal olan siqaretlərin hər 1000 ədədi üçün aksiz vergisi 45,5 manatdan 55 manata, idxal olunan siqaretlərdə isə 53,5 manatdan 63 manata qaldırılır.
Yəni, hər 1000 ədəd siqaret 50 qutu deməkdir. Aksiz vergisindəki artım bu hesabla bir qutu siqaret üçün təxminən 20 qəpik təşkil edir. Yəni nəzəri olaraq aksiz artımına görə bir paçka siqaretin qiyməti maksimum 20 qəpik bahalaşmalıdır.
Lakin siqaretin real satış qiymətində artım bundan daha yüksəkdir. Ortalama qiymət artımı 40-50 qəpik arasında baş verib.
Bəs, bunun səbəbi nədir?
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, aksiz vergisinin artırılmasının bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, əsas məqsədlərdən biri dövlət büdcəsinin daxili gəlirlərinin artırılmasıdır.