AZ

“Fənərbaxça” türk futbolçunu klubdan göndərdi

“Fənərbaxça” İrfan Can Kahvecini klubdan göndərib. Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Məlumata görə, futbolçu icarə əsasında klubdan göndərilib. Klubun açıqlamasında deyilir ki, İrfan Can Kahveci mövsümün sonuna qədər “Kasımpaşa”ya icarəyə verilib.

Qeyd edək ki, İrfan Can Kahveci texniki qərarla heyətdən uzaqlaşdırılmışdı. Futbolçu texniki qərarla heyətdən uzaqlaşdırılmazdan əvvəl “Fənərbaxça”da 12 oyun keçirib, 378 dəqiqə oyunda qalıb. O, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Seçilən
54
metbuat.az

1Mənbələr