Rusiya qoşunları cümə gecəsi Kiyevə dron və raketlərlə hücum edib. Yerli hakimiyyət orqanlarının son məlumatına görə, dörd nəfər ölüb, 16 nəfər yaralanıb.
Rayon hərbi administrasiyasının rəhbəri Maksim Kozitskinin sözlərinə görə, Lvov bölgəsində Rusiyanın zərbəsi nəticəsində vacib infrastruktur obyektinə ziyan dəyib. Ukrayna mediasının məlumatına görə, Rusiya ordusu Stryiske qaz yatağını və yeraltı qaz anbarını hədəfə almış ola bilər.
Lvov bölgəsinə hücumdan bir neçə saat əvvəl monitorinq kanalları Rusiyanın Kapustin Yar sınaq poliqonu ərazisində “atipik aktivlik” barədə məlumat vermişdi. Bu poliqondan 2024-cü ilin noyabr ayında Dnepr çayına “Oreshnik” hipersəs ballistik raketi atılmışdı.