AZ

Nəsimi Nəbizadə Qurtuluş dan niyə qaçıb? Şok iddia yayıldı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Nəsimi Nəbizadə canını “Qurtuluş”dan qurtara bilmir. Məncə reablitasiya mərkəzi adı altında fəaliyyət göstərən bu “konslager”in fəaliyyəti araşdırılmalı və rəhbəri məsuliyyətə cəlb edilməlidir!”.

Globalinfo.az xəbər verir ki, bunu tanınmış jurnalist Zülfiyyə Qurbanova deyib.

O bildirib ki, bir insanın şəxsi həyatına müdaxilə yolverilməzdir və bu şəkildə ictimailəşməməlidir:

“Özlərini reklam etmək üçün bir insanı məsxərə obyektinə çevirib, el-aləmə rüsvay edirlər. İkincisi, asılılıqdan müalicə könüllü olmalıdır. Məcburi deyil! Adam qaçıbsa, demək, istəmir. Onun axtarışı ailə üzvlərinin müraciəti ilə olmalıdır. Başqaları tərəfindən axtarışı və gizləndiyi yerdən tapılaraq yenidən qaçdığı yerə götürülməsi ilk növbədə şəxsin azadlığının əlindən alınması, şəxsi həyat toxunulmazlığının pozulmasıdır!”.

Jurnalist müvafiq qurumlara da müraciət edib:

“Baş verənlər sivil qanunlarla idarə olunan bir ölkədə  yolverilməzdir. Ümumiyyətlə, onların qanundankənar fəaliyyətlərinə hüquqi qiymət verilməlidir! Daxili İşlər Nazirliyinin müdaxiləsi qaçılmazdır”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, yanvarın 8-də Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb. Jurnalist reabilitasiya mərkəzindən qaçaraq Abşeron rayonunun Saray qəsəbəsində evlərdən birində gizlənib. Mərkəzin əməkdaşları onun arxasınca Saray qəsəbəsinə gediblər.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
50
globalinfo.az

10Mənbələr