
İranın dövlət teleradio şirkəti "IRIB" dünən axşam Tehranda və ölkənin bir sıra digər şəhərlərində baş vermiş etiraz aksiyalarının iştirakçılarını “terrorçular” adlandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə media qurumunun Telegram səhifəsində yayımlanan məlumatda deyilir.
“Monarxiyanın terrorçu tərəfdarları dünən axşam Tehranın müxtəlif bölgələrində pərakəndə xarakter daşıyan aksiyalar təşkil ediblər”, – deyə dövlət teleradio şirkətinin məlumatında bildirilir.
Jurnalistlərin məlumatına görə, Tehranda etirazçılar avtomobilləri, yanğınsöndürmə maşınlarını və avtobusları yandırıblar, həmçinin metroda yanğın törədiblər. IRIB-in bildirdiyinə görə, İranın digər şəhərlərində isə “ABŞ və sionist rejimin dəstəyi ilə terrorçu ünsürlər vətəndaşların ictimai və şəxsi mülkiyyətinə ziyan vurublar.”
Məryəm Quliyeva