Azərbaycan Hava Yolları (AZAL) müxtəlif vaxtlarda bilet qiymətləri ilə bağlı endirim kampaniyalar keçirdiyini elan edir...
Bu kampaniyalar çərçivəsində bir neçə istiqamət üzrə guya endirimli biletlər təklif olunur. Belə “endirimlərdən” biri də Tbilisi istiqamətinə aiddir: gediş bileti 96, dönüş bileti isə 265 manat olub.
Uçuş tarixləri 01.12.2025-30.04.2026 dövrünü əhatə edir.
AZAL bu qiymətləri kampaniya və endirim kimi təqdim etsə də, ortaya çıxan mənzərə real endirim anlayışı ilə üst-üstə düşmür. Gediş biletinin nisbətən ucuz göstərilməsi diqqəti cəlb etsə də, dönüş biletinin 265 manat olması bütün “endirim” iddiasını şübhə altına alır. Nəticədə sərnişin Tbilisiyə 96 manata gedir, lakin demək olar ki, üç dəfə baha qiymətə geri qayıtmağa məcbur qalır.
Bu cür yanaşmanı endirim adlandırmaq çətindir. Əgər kampaniya varsa, endirim həm gediş, həm də dönüş biletlərində hiss olunmalıdır. Əks halda, bu, sərnişinlər üçün real güzəşt yox, sadəcə marketinq manipulyasiyası təsiri bağışlayır. AZAL-ın bu cür “kampaniyaları” həımişə ictimaiyyətdə haqlı suallar doğurub. (Bizimesr.az)
Poliqon.info