Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qətnamənin lehinə 52 senator, əleyhinə isə 47 senator səs verib
ABŞ Senatı Prezident Donald Trampın Konqresin razılığı olmadan Venesuelaya qarşı Silahlı Qüvvələrdən istifadəsini qadağan edən qətnamə qəbul edib.
AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, qətnamənin lehinə 52 senator, əleyhinə isə 47 senator səs verib. Daha sonra qətnamənin mətni baxılması və səsvermə üçün Senatın tam tərkibinə təqdim edilə bilər. Bunun nə vaxt baş verəcəyi məlum deyil.
Səsvermə, ABŞ ordusunun Venesuelada bir neçə hədəfə hücum etməsindən və ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin əsir götürülməsindən bir neçə gün sonra baş tutub. Pentaqon əməliyyat barədə Konqresə yalnız əməliyyat başa çatdıqdan sonra məlumat verib. Dövlət katibi Marko Rubio qeyd edib ki, Ağ Ev Karakas əleyhinə hərbi əməliyyatları əlaqələndirmək vədini pozmayıb və "Ədliyyə Nazirliyini dəstəkləmək" üçün hərəkət edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.