Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qərb ölkələri regional məsələləri müstəqil şəkildə həll etməyə çalışan Xəzəryanı dövlətlərin siyasətinə müdaxilə etməyə cəhd etməməlidir.
Bizimyol.info xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiya mətbuatına verdiyi müsahibədə bunu bildirib.
"İran İslam Respublikası həmişə yalnız beş ölkə arasında əməkdaşlıq çərçivəsinin qorunmasının vacibliyini vurğulayıb. Tehranın yanaşması, Moskvanın yanaşması kimi, Xəzər dənizinin ehtiyatlarının təhlükəsizliyi və idarə olunmasının Xəzəryanı dövlətlər tərəfindən regiondankənar və xarici güclərin müdaxiləsi olmadan həyata keçirilməsi prinsipinə əsaslanır", - deyə o bildirib.
Cəlalinin sözlərinə görə, beş Xəzəryanı dövlət bu məsələni həll etmək üçün bir neçə əməkdaşlıq sahəsini həyata keçirir: təhlükəsizlik, ətraf mühitin mühafizəsi və iqtisadiyyat sahələrində fəaliyyətləri əlaqələndirmək üçün xarici işlər nazirlərinin dövri görüşləri və Xəzəryanı dövlətlərin zirvə görüşləri kimi regional əməkdaşlıq institutlarının gücləndirilməsi.
Səfir əlavə edib ki, "Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ildə imzalanmış Konvensiyaya əsaslanan və Xəzər dənizi olmayan dövlətlərin dənizdə hərbi iştirakının qarşısını almaq üçün ortaq hüquqi çərçivənin hazırlanması" tövsiyə olunur.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Qərb ölkələrinin regionda qərarlarını diktə etmək üçün Xəzər "beşliyindən" (Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan) ayrılmaq niyyətində olduqlarını bildirmişdi.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.