AZ

Venesuela siyasi məhbusları azad etməyə başlayıb

Bakı. Trend:

Venesuelada hökumət siyasi məhbusların kütləvi amnistiyasınıelan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Ölkə prezidenti Nikolas Maduronun ABŞ-nin "Delta Force" xüsusitəyinatlıları tərəfindən Amerikaya aparılmasından sonra, müvəqqətiprezident Delsi Rodriqes bunu sülhün konsolidasiyası üçün edilmişbir jest kimi xarakterizə edib.

Hələlik hansı sayda məhbusun azad olunacağı dəqiqləşdirilmir.Venesulada fəaliyyət göstərən insan haqları təşkilatları ölkədətəxminən 800-1000 siyasi məhsbusun olduğunu bildirir. Onların çoxu2024-cü il seçkilərindən sonra baş alan etiraz eksiyalarındaiştirak etmiş fəallar idi.

Venesuela Milli Assambleyasının sədri, müvəqqəti prezident DelsiRodriqesin qardaşı Xorxe Rodriqes bildirib ki, bu addımrespublikada sülhün möhkəmləndirilməsi və hamı arasında dincbirgəyaşayışın təmin olunmasına dair qərarı təsdiqləyən birtərəflijestdir.

Bəzi mənbələr həbsdən azad edilənlər arasında sabiq müxalifətliderlərindən olan Enrike Markesin də yer aldığını yazır.

Məqalədə:
Seçilən
41
4
az.trend.az

7Mənbələr