AZ

"Sumqayıt" yoxlama oyunu keçirəcək

Yanvarın 3-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışda olan "Sumqayıt" bu gün ilk sınağına çıxacaq. 

Fanat.Az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu komanda Macarıstan təmsilçisi "Pakş" ilə görüşəcək. 

Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

"Gənclik şəhəri" təmsilçisi Lara bölgəsində ayın 17-dək davam edəcək hazırlıq çərçivəsində daha ilk oyun keçirəcək. Yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" komandaları ilə görüş nəzərdə tutulub.

Seçilən
41
1
fanat.az

2Mənbələr