Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat yayılıb.
“Atəşkəs yerli vaxtla saat 03:00-da (Bakı vaxtı ilə saat 04:00) qüvvəyə minib”, – məlumatda deyilib.
Qeyd olunub ki, müvafiq qərar şəhərdəki vəziyyəti yumşaltmaq məqsədilə verilib. (axar.az)