Moskva bildirib ki, Putinin rezidensiyasına hücumdan sonra cavab tədbiri həyata keçirib...
Poliqon xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynaya “Oreşnik” raketlərinin atıldığını təsdiqləyib. Nazirliyin açıqlamasına görə, zərbə Putinin rezidensiyasına edilmiş hücumun cavabı olaraq həyata keçirilib.
Hədəfə dron istehsalı obyektləri götürülüb, çünki Rusiya Müdafiə Nazirliyinin iddiasına əsasən həmin dronlar rezidensiyaya hücumda istifadə olunub.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, Kiyevin bu cür hərəkətləri gələcəkdə də cavabsız qalmayacaq. Rusiya tərəfi bunun müharibə şəraitində qarşılıqlı tədbirlərin davamlı göstəricisi olduğunu vurğulayıb və Ukraynaya qarşı əlavə əməliyyatların mümkünlüyünü istisna etməyib.
Poliqon.info