AZ

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

Bu gün Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, qadınların yarışında səkkizinci tur çərçivəsində bir görüş baş tutacaq.

“Gəncə” komandası doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.

Qarşılaşma Gəncə İdman Sarayında keçiriləcək və saat 15:00-da start götürəcək.

Kişilərin mübarizəsində isə ikinci turdan təxirə salınan “Azərreyl” - “Gənclər” oyunu keçiriləcək. Matç Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq və saat 16:00-da başlayacaq.

İdman.Biz
Seçilən
2
1
idman.biz

2Mənbələr