AZ

Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək

(®) Unicapital İnvestisiya Şirkəti bu il də sosial məsuliyyət layihələrində fəal iştirakını davam etdirir.

Belə ki, şirkət əməkdaşlarından ibarət komanda 10-11 yanvar tarixlərində start götürəcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində meydanda olacaq. Sözügedən layihə çərçivəsində Unicapital ilə birgə dövlət qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin komandaları mübarizə aparacaqlar.

Dirçəliş Kuboku” Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə həyata keçirilən önəmli sosial-idman layihəsidir. Xüsusilə vurğulamaq lazımdır ki, turnirdən əldə olunacaq gəlir işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, bu təşəbbüs Qarabağın bərpası və dayanıqlı inkişafına töhfə verməyi hədəfləyir.

Xatırladaq ki, turnirin rəsmi açılış və püşkatma mərasimi 2025-ci il dekabrın 19-da keçirilmişdir. Tədbirdə dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri iştirak edib, qarşıdakı turnirə dair fikirlərini bölüşüblər.

Unicapital Dirçəliş Kuboku Dirçəliş Kuboku xeyriyyə turniri Unicapital futbol komandası Qarabağ Dirçəliş Fondu layihəsi xeyriyyə futbol turniri Azərbaycan sosial məsuliyyət layihələri Unicapital Qarabağ üçün idman infrastrukturu işğaldan azad edilmiş ərazilər idman layihələri korporativ sosial məsuliyyət Azərbaycan dövlət qurumları futbol turniri yerli və beynəlxalq şirkətlər turniri Qarabağın bərpasına dəstək idman və sosial layihələr Unicapital investisiya şirkəti xəbərləri Dirçəliş Kuboku 2026 xeyriyyə idman tədbirləri Azərbaycan
Seçilən
40
3
marja.az

4Mənbələr