İran şahzadəsi Rza Pəhləvi çərşənbə axşamı günü ilk dəfə etiraz aksiyalarına çağırış edərək, İran boyunca insanları şüarlar səsləndirməyə çağırıb.
Milli.az xəbər verir ki, bu çağırışlardan sonra ölkənin bir çox şəhərində internetin yavaşladıldığı və ya tamamilə kəsildiyi bildirilir.
Rza Pəhləvi yanvarın 6-da iranlıları 8-9 yanvar tarixlərində saat 20:00-da küçələrdə və ya evlərindən şüarlar səsləndirməyə çağırıb. Sonrakı müraciətlərində o, silahlı və təhlükəsizlik qüvvələrini xalqa qarşı zorakılıqdan imtina etməyə, xalqın yanında dayanmağa səsləyib, dünyanın İranı izlədiyini vurğulayıb.
Pəhləvi həmçinin rabitə xətlərinin kəsilməsini tənqid edib və ABŞ Prezidenti Donald Tramp başda olmaqla beynəlxalq ictimaiyyəti İran xalqını dəstəkləməyə çağırıb.
Qeyd olunur ki, iqtisadi böhranla başlayan etirazlar ölkə boyu yayılıb. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 46 nəfər həlak olub, minlərlə insan saxlanılıb. İran hakimiyyəti rəsmi statistika açıqlamayıb. ABŞ etirazçılara qarşı zorakılıq olacağı təqdirdə sərt addımlar atılacağını bəyan edib.
Fidan
Milli.Az