AZ

Tramp Venesueladakı əməliyyatın məqsədini açıqladı

ABŞ Prezidenti Donald Tramp "Fox News"a verdiyi müsahibədə Venesueladakı hərbi əməliyyatın məqsədlərindən birinin qlobal neft qiymətlərini aşağı salmaq olduğunu bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini telekanal sitat gətirib. 

Amerika lideri qeyd edib ki, artıq Venesuelada iri neft şirkətləri fəaliyyət göstərəcək. Siyasətçinin sözlərinə görə, bu şirkətlər xeyli məbləğdə gəlir əldə edəcəklər, bu vəsaitlərin bir hissəsi Bolivar Respublikasına, bir hissəsi isə ABŞ-yə gedəcək.

Tramp hesab edir ki, ABŞ Venesueladakı hərəkətləri ilə regiona sabitlik gətirib.

"Biz sabitlik yaratdıq və neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı saldıq. Bilirsiniz, indi bir çox hallarda benzinin bir qallonu 1,99 dollardır", - deyə ABŞ prezidenti bildirib.

Seçilən
22
2
unikal.az

3Mənbələr