AZ

Əmək müqavilələrinin sayı artıb

2026-cı il yanvarın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 895 378 təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. 

Rəsmi məlumata əsasən, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 493 mindən çox artıb, bu da məşğulluğun leqallaşdırılması istiqamətində son illərdə görülən tədbirlərin nəticəsi kimi qiymətləndirilir.

Qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 491 744 vahid artaraq 1 031 666-ya çatıb. Bu artım məşğulluq dinamikasında əsas yükün məhz qeyri-neft-qaz sektorunun üzərinə düşdüyünü göstərir.

Bundan əvvəl əmək və əhalinin sosial müdafiə naziri Anar Əliyev bildirib ki, 2018–2025-ci illər ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 45% və ya 595 min vahid artıb və bu artımın 92%-i özəl sektorun payına düşüb.

Nazirin sözlərinə görə, qeyd olunan dövrdə əməkhaqqı fondu 3,2 dəfə artıb. Qeyri-dövlət sektoru üzrə əməkhaqqı fondunda artım daha yüksək olub və 3,6 dəfə yüksəlib.

Gülnar Nazimqızı 

Seçilən
68
12
anews.az

10Mənbələr