Bakı. Trend:
Niderlandın “ING Group” şirkətinin qiymətləndirmələrinə görə,Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq5,3 faiz və 8,9 faiz səviyyəsində olacağı gözlənilir.
Trend “ING Group”a istinadən xəbər verir ki, 2026-cı il üzrə rüblük proqnoz aşağıdagöstərilən kimidir:
I rüb — 5,2 faiz, II rüb — 5,4 faiz, III rüb — 5,3 faiz, IV rüb— 5,5 faiz.
Şirkətin hesablamalarına əsasən, 2025-ci ildə ölkədə inflyasiya5,6 faiz təşkil edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə,2025-ci ilin noyabr ayında 12 aylıq inflyasiya 5,5 faiz olub.Xüsusilə, ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarıüzrə illik inflyasiya 7,1 faiz təşkil edib, qeyri-ərzaqməhsullarının qiymətləri isə 2,5 faiz artıb. Ödənişli xidmətlərüzrə illik qiymət artımı bu dövrdə 5,7 faiz təşkil edib.Tənzimlənən qiymətlər və kənd təsərrüfatı məhsullarınınqiymətlərində mövsümi dəyişikliklər nəzərə alınmadan hesablananillik baza inflyasiyası noyabr ayında 4,8 faiz təşkil edib.
2025-ci ildə inflyasiyaya tələb və təklif amilləri üzrə bir sırafaktorlar təsir göstərib. Qiymətləndirmələrə əsasən, ticarəttərəfdaşlarında inflyasiya 2025-ci ilin noyabr ayında ölkədə illikinflyasiyaya 2,87 faiz bəndi, nominal effektiv məzənnəyə isə 0,38faiz bəndi səviyyəsində artan təsir göstərib. Həmin dövrdə daxilitəklif (kənd təsərrüfatı istehsalçılarının qiymətləri və s.) vətələb (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.)amillərinin inflyasiyaya təsiri də ümumilikdə artıb.