AZ

Bu gün “Neftçi” “Kayrat”la, “Sumqayıt” “Pakş” komandası ilə yoxlama oyunu keçirəcək

Bu gün Misli Premyer Liqasını təmsil edən “Neftçi” və “Sumqayıt” yoxlama görüşlərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, mövsümün ikinci yarısına Əbu-Dabidə hazırlaşan “ağ-qaralar” Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” isə Macarıstanın “Pakş” komandası ilə üz-üzə gələcək.

Bu görüşün start fiti Bakı vaxtı ilə 16:00-da səslənəcək.

İdman.Biz
Seçilən
24
idman.biz

1Mənbələr