BAKI, 9 yanvar. TELEQRAF
İran ərazisində istifadəçilərin internet aktivliyi artıq 12 saatdır ki, minimum səviyyədə qalır.
Teleqraf xəbər verir ki, bu barədə internetin monitorinqi ilə məşğul olan beynəlxalq "NetBlocks" xidməti məlumat yayıb.
Bildirilib ki, ölkədə internetə qoşulma göstəriciləri adi səviyyənin təxminən 1 faizinə enib. NetBlocks mövcud vəziyyəti İran 12 saatdır ki, faktiki olaraq şəbəkədən kənardadır kimi xarakterizə edib.
Qeyd edək ki, İranın rəsmi qurumları internetə mümkün məhdudiyyətlərin tətbiqi ilə bağlı hər hansı açıqlama verməyib.