İranda etirazlar 13-cü gündür davam edir. Hakimiyyət etirazçılara qarşı sərt tədbirlər görür və ölənlərin sayı 38-ə çatıb.
İran rejimi ölkə miqyasında internet və telefon xidmətlərini dayandırıb. Demək olar ki, bütün əyalətlərdə tətillər səbəbindən bir çox müəssisə bağlanmaq məcburiyyətində qalıb. Dünən axşam saatlarında bütün əyalətlərdə genişmiqyaslı etirazlar başlayıb. NetBlocks və media xəbərlərinə görə, internet və telefon xidmətləri də kəsilib.
İlk dəfə olaraq Tehran, Məşhəd və Şiraz kimi böyük şəhərlərdə də etiraz aksiyaları müşahidə olunub. Təbriz və Ərdəbil kimi azərbaycanlıların çox olduğu əyalətlərdə də aşağı intensivlikli etirazlar başlayıb.
Məlumatlara görə, qarşıdurmada iki İran əsgəri həyatını itirib. Qəzvin şəhərində bir təhlükəsizlik işçisi linç edilib.
TAHİR