AZ

Bu transfer Cənubi Amerika futbolu tarixində ən bahalı transfer olacaq

BAKI, 9 yanvar. TELEQRAF

Rusiyanın “Zenit” klubunun futbolçusu Jersonun Braziliyanın “Kruzeiro” klubuna keçidi Cənubi Amerika futbolu tarixində ən bahalı transfer olacaq.

Teleqraf “Marca” nəşrinə istinadən xəbər verir ki, keçidin məbləği 26 milyon avro (sabit məbləğ) + 4 milyon avro bonuslar təşkil edəcək.

Bu göstərici isə Vitor Rokenin transfer rekordunu geridə qoyacaq.

Xatırladaq ki, Vitor Roke 2025-ci ilin fevralında “Barselona”dan “Palmeyras”a 25,5 milyon avro + bonuslar qarşılığında transfer olunmuşdu.

Seçilən
66
teleqraf.com

1Mənbələr