AZ

Kriptobirjada eniş müşahidə edilir Bitcoin nisbi ucuzlaşıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son sutkada kriptovalyuta bazarında eniş müşahidə edilib.

“APA-Economics” "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, bazarın lideri "Bitcoin"in qiyməti son 24 saatda 0,14% azalaraq 90 990 ABŞ dolları təşkil edib, bazar kapitallaşması isə 1,82 trilyon dollar səviyyəsində formalaşıb.

Sutkalıq dinamika baxımından Ethereum 1,16% azalaraq 3 116 dollar, XRP 1,6% azalaraq 2,12 dollar, BNB 0,05% azalaraq 894,84 dollar, Solana 0,75% azalaraq 139,65 dollar, TRON 1,57% azalaraq 0,293 dollar, Dogecoin 3,15% azalaraq 0,142 dollar, Cardano isə 1,18% azalaraq 0,396 dollar səviyyəsində ticarət olunub. Eyni zamanda, sabitkoinlər olan Tether və USDC dollar paritetinə yaxın qalaraq müvafiq olaraq 0,01% və 0,02% civarında cüzi dəyişiklik nümayiş etdirib.

Bazardakı sutkalıq mənfi dinamika əsasən investorların qısamüddətli mənfəət realizasiyasına yönəlməsi və ABŞ-da faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliyin riskli aktivlərə marağı müvəqqəti zəiflətməsi ilə izah olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
36
apa.az

10Mənbələr