AZ

"Barselona"da ciddi İTKİ - "Real"la oyunu buraxacaq

Mark-Andre ter Ştegen bu gün keçiriləcək "Barselona" - "Atletik Bilbao" matçında komandasına kömək edə bilməyəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı qapıçı zədə səbəbindən dünən baş tutan məşqi vaxtından əvvəl yarımçıq qoyub.

Baş məşqçi onun əvəzinə qapıçı Dieqo Koçeni oyun üçün sifariş ərizəsinə daxil edib. Ter Ştegen isə komandanın təlim-məşq toplanışını tərk edərək tibbi müayinədən keçmək üçün Barselonaya qayıdıb.

Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Barselona" - "Atletik Bilbao" qarşılaşması bu gün Səudiyyə Ərəbistanında, "Kinq Abdullah" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hüseyn
Milli.Az

Seçilən
166
26
milli.az

10Mənbələr