ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına verdiyi müsahibədə Venesuelada həyata keçirilən hərbi əməliyyatın məqsədlərindən birinin dünya üzrə neft qiymətlərinin aşağı salınması olduğunu bildirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Trampın sözlərinə görə, hazırda Venesuelada iri neft şirkətləri fəaliyyət göstərəcək. O qeyd edib ki, bu şirkətlər böyük gəlirlər əldə edəcək və bu vəsaitin bir hissəsi Bolivar Respublikası, digər hissəsi isə ABŞ tərəfindən götürüləcək.
ABŞ prezidenti hesab edir ki, Vaşinqtonun Venesueladakı addımları regionda sabitliyin təmin olunmasına töhfə verib.
“Biz regiona sabitlik gətirdik və neftin qiymətini əhəmiyyətli dərəcədə aşağı saldıq. Bilirsiniz ki, hazırda bir çox yerlərdə benzinin qiyməti bir gallon üçün 1,99 dollardır (3,79 litr)”, - deyə Tramp bildirib.
O, əlavə edib ki, sələfi Co Baydenin dövründə benzinin qiyməti 4,5-5 dollar arasında dəyişirdi.
Nuriyyə NATİQQIZI