Böyük Britaniyadakı texnologiya şirkətləri yanvarın 8-də qüvvəyə minmiş yeni onlayn təhlükəsizlik qaydalarına əsasən, seksual xarakterli təsvirləri bloklamalıdırlar.
Hafta.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin veb-saytında bildirilib.
Bu gündən etibarən platformalar çılpaq şəkillərin (kiberfleşinq) yayılmasının qarşısını almaq üçün fəal tədbirlər görməlidirlər. Bunun üçün şirkətlərdən şəkilləri aşkarlayan və gizlədən avtomatlaşdırılmış sistemlərin, moderasiya vasitələrinin və ya ciddi məzmun siyasətinin tətbiq edilməsi tələb olunur.
Bu qaydaların pozulması şirkətlərin gəlirlərinin 10%-ə qədər cəriməsi və ya Böyük Britaniyadakı xidmətlərinin bloklanması ilə nəticələnə bilər. Yeni tələblər "Facebook", "YouTube", "TikTok" və "X" kimi platformalara, eləcə də pornoqrafik materiallar dərc edən tanışlıq tətbiqlərinə və veb-saytlara şamil edilir.