AZ

“Chery” və “Lifan”da sürət qutularının əsas problemi EKSPERT RƏYİ

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyalı ekspertlər “Chery” və “Lifan” avtomobillərində istifadə edilən “WanLiYang CVT7” variatorunun əsas problemini açıqlayıblar. 

Avtosfer.az xəbər verir ki, rus ekspertlərin qənaətinə görə, bu ötürmələr qutusunun başlıca problemi valın və yastıqların (podşibnik) zəif olmasıdır.

Təxminən 80 min kilometrdən sonra sürət qutusunuin sıradan çıxmasına əsas səbəb valların xarab olmasıdır. Valların boyunca yerləşmiş diyircəklər tökülür və daxili birləşmə yerləri laxlayır. Təxminən 100 min kilometrdən sonra isə yastıqlar sıradan çıxır və səs edir. Çox vaxtı yastıqlar oturduğu yeri də vurub sıradan çıxarır və bu da avtomobil sahibinə çox baha başa gəlir.

Ekspertlər bildirirlər ki, ən cüzi kənar səs müşahidə edildikdə avtomobili dərhal dayandıraraq evakuator çağırmaq lazımdır. Bu zaman az xərclə qurtulmaq mümkün olacaq.

Vüqar

Oxunub 20

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr